Muay tay

Muay Tay
tay มวยไทย
Ölkə Tailand Tailand
Tanınmış ardıcılları Toni Caa, Anderson Silva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir.[1] Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir. Bu səbəbdən bəzən onu "8 qıçın döyüşü" adlandırırlar. Hər il Taylandda 17 mart tarixində "Muay tayın milli bayram günü" qeyd olunur. Muay tayın olimpiya idman növü olmamasına baxmayaraq, milli səviyyədə döyüşlər keçirilirdi.

  1. Perry, Alex. "Fighting for Their Lives". Time. 2001-06-11. 2010-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-07.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy